Ölkə çempionatının həlledici dövrələrinə Antalyada hazırlaşan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanov əsas heyətlə məşqə çıxıb.
Fanat.Az xəbər verir ki, birinciliyin ikinci yarısı öncəsi Q.Qurbanov komandanın heyətini bir neçə gənc futbolçu ilə güclənduirmək qərarına gəlib.
Qeyd edək ki, Musa Qurbanov Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının üzvüdür. Gənc futbolçu bu mövsüm "Qarabağ"ın ikinci komandasında meydana çıxdığı oyunlarda iki qola imza atıb.
Fanat.Az