"Qarabağ”ın Vaqner Silva Sao-Paulo hava limanında sürprizlə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, braziliyalı qapıçı məşhur həmyelisi, hazırda "Qalatasaray"da məşqçi işləyən Klaudio Taffarellə qarşılaşıb.
Silva bu barədə "Instagram” hesabında məlumat yayıb. Əfsanəvi qapıçı ilə çəkdirdiyi şəkli paylaşan Vaqner "Sensasiyalı adam, eyni zamanda kumirim olan qapıçı ilə görüşmək sözlə ifadə edə bilməyəcəyim hislərdi" yazıb.
Fanat.Az