"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"un formasını İbrahim Şehiç komanda yoldaşlarını unutmayıb.
Fanat.Az xəbər verir ki, Şehiç hazırda Türkiyədə təlim-məşq toplanışında olan komandanı ziyarət edib. Sabiq komanda yoldaşları ilə görüşən bosniya və hersoqovinalı qolkiper onlarla çəkdirdiyi fotosunu "feysbuk" hesabından paylaşıb. O fotonun üzərinə "Forever my brothers" (Hər zaman qardaşlarımla) yazaraq dostlarını unutmadığını bildirib.
Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın qapısını qoruyub.
Fanat.Az