"Sumqayıt” Mirkamil Həşimlini baxışa çağırıb.
Fanat.Az xəbər verir ki, əvvəllər ölkəmizin U-19 yığmasına dəvət almış Həşimlinin hazırkı forması baş məşqçi Ayxan Abbasovu qane etsə, onunla 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Mirkamil "Fənərbaxça”da da top qovub. O, İstanbul təmsilçisinin əsas komandasında oynamasa da, "sarı bülbüllər”in gənclərdən ibarət komandasında çıxış edib. Sonradan aldığı ciddi zədə karyerasındakı ciddi enişlə nəticələnib.
Fanat.Az