"Qəbələ”də daha bir ayrılıq reallaşır. Bu dəfə komandanı tərk edən futbolçu deyil.
Fanat.Az xəbər verir ki, baş məşqçi Sənan Qurbanovun fiziki hazırlıq üzrə köməkçisi Miloş Yevtiç daha ölkəmizdə çalışmayacaq. Payızda komandaya gələn serb mütəxəssis bu gün Qazaxıstana yollanır. O, uzun müddət birgə çalışdıqları Kaxaber Tsxadadzenin yanına tələsir.
"Ordabası”nın baş məşqçisi olan gürcü neçə vaxtdı israrla istədiyi Yevtiçi yenidən məşqçi korpusuna qatacaq. Miloşu "Qəbələ”də kimin əvəz edəcəyi isə hələ bəlli deyil.
Fanat.Az