Afrika Millətlər Kubokunun keçiriləcəyi ölkənin adı bəllidi.
Fanat.Az xəbər verir ki, qitə çempionatı Misirdə baş tutacaq.
Yarışı qəbul edəcək ölkə səsvermə ilə seçilib. Misir yeganə rəqibi CAR-ı qabaqlayıb.
Bu il keçiriləcək yarışın ev sahibinin indi seçilməsi bu hüququn Kamerundan alınması ilə bağlıdı. Yarış üçün obyektlərin tikilməsində gecikmələrə görə təşkilatçı ölkə dəyişdirilib.
Fanat.Az