2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Afrika Futbol Konfederasiyası bu ada "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salahı layiq görüb. Ardıcıl ikinci dəfə ən yaxşı seçilən misirli futbolçuya mükafat Seneqalın paytaxtı Dakar şəhərində keçirilən təntənəli mərasimdə təqdim olunub.
Salah "Liverpul"dakı komanda yoldaşı, Seneqal millisinin üzvü Sadio Mane və "Arsenal"ın qabonlu hücumçusu Pyer-Emerika Obameyanqı qabaqlayıb. Hər iki futbolçu ötən il də ilk "üçlüy"ə düşmüşdü.
Qeyd edək ki, Salah 2018-ci ildə 36 oyunda 32 qol vurub və İngiltərə Premyer Liqasının bombardiri olub. Cari mövsümdə onun hesabında 13 qol var və bombardirlər yarışmasında üçüncü yerdə qərarlaşıb.
Fanat.Az