Mövsümün ikinci yarısına hazırlaşan "Keşlə" heyətinə daha bir futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin sabiq futbolçusu Emin Mehtiyev komandada baxışdadır. 27 yaşlı yarımmüdafiəçinin çıxışı baş məşqçi Tərlan Əhmədovu qane etsə, onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, E.Mehtiyev "Sumqayıt", "Səbail" və "Qaradağ Lökbatan"da da oynayıb.
Fanat.Az