"Mançester Siti” yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər” İngiltərə kubok yarışlarının yarımfinalında ən böyükhesablı qələbənin müəllifi qismində adını tarixə yazdırıb.
Mançester təmsilçisi buna Liqa kubokunda "Barton”u 9:0 hesabı ilə yenməklə nail olub.
Bir neçə gün öncə İngiltərə kubokunda "Rotterhem”i 7:0 hesabı ilə məğlub edən Qvardiaolanın komandası ardıcıl iki darmadağına imza atıb. Bunadək İngiltərədə ardıcıl iki dəfə 7 və daha çox qol vuran sonuncu komanda "Lids” olmuşdu. Bu hadisə 52 il öncə - 1967-ci ilə qeydə alınmışdı.
Fanat.Az