UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirmək istəyir.
Fanat.Az "Bild” nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu Avropa klublarının transfer ödənişləriylə bağlı qaydalarda dəyişiklik etmək niyyətindədi. UEFA Avropa klublarının futbolçu transferi üçün müəyyən olunmuş məbləği maksimum 3 il ərzində ödəməsini tələb edəcək.
PSJ 2017-ci ildə "Barselona”dan transfer etdiyi Neymar üçün müəyyən olunmuş 222
milyon avro transfer məbləğini maliyyə sənədlərində 5 ilə bölüb. Paris
təmsilçisi Neymar üçün "Barsa”ya ildə 44,4 milyon avro ödəyir. Bu da, PSJ-yə
maliyyə feyr-pleyi pozuntusundan qaçmağa imkan verir. UEFA-nın yeni
qaydalarının qüvvəyə minəcəyi təqdirdə, həmin məbləğ 3 ilə ödənməlidir. Belə
olduğu halda, PSJ hər il Neymar üçün Kataloniya klubuna 74 milyon avro ödəməli
olacaq.
Fanat.Az