"Qalatasaray" yeni transferini açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi cinah müdafiəçisi Emre Taşdemiri rənglərinə bağlayıb. 24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti2020-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, son olaraq "Bursaspor"da oynayan Taşdemir 4 dəfə Türkiyə milli komandasının formasını geyinib.
Fanat.Az