Xorvatiya millisinin üzcü Deyan Lovren "AVRO-2020"nin seçmə mərhələsinin I turunda Azərbaycanla ev oyununda iştirak etməyəcək.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 30 yaşlı futbolçunun cəzalandırılması səbəb olub. "Liverpul”un formasını geyinən mərkəz müdafiəçisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunun İspaniya ilə ev oyunundan (3:2) sonra sosial şəbəkədə rəqib oyunçuları təhqir edib. Buna görə də UEFA onu 1 oyunluq diskvalifikasiya edib.
Avropa futbol qurumu həmçinin Xorvatiya Futbol İttifaqını bu oyunda azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atılması və tribunalar arasındakı pilləkənlərin tutulmasına görə 13 min avro cərimə edib.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də keçiriləcək.
Fanat.Az