UEFA "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin cəzasını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin son matçında -"Ayaks"la oyunda qırmızı vərəqə alan alman futbolçu 2 oyunluq diskvalifikasiya edilib.
Bu isə o deməkdi ki, Müller 1/8 final mərhələsində "Liverpul"la keçiriləcək hər iki qarşılaşmanı buraxacaq. Lakin münhenlilər bu cəza ilə razı deyillər. Klub rəhbərliyi cəzanın 1 oyuna endirilməsi üçün müraciət edəcək.
Qeyd edək ki, Müller 3:3 hesabı ilə başa çatan oyunda epizodların birində təpiklə "Ayaks"ın üzvü Nikolas Talyafikonun başına vurmuşdu.
Fanat.Az