20:10 11.01.2019 1909

Uğursuz metamorfoz

…Kəpənək olmuşam dünyada bir vaxt,

Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən…

Böyük söz ovsunçusu, duyğu memarı Eldar Baxışın "Sərçə balası” şeirindəndi. Mərhum şairimizin fikri zamanın görünməyən çöhrəsinə çəkmək məharəti sözün əsl mənasında yaradanlqdı. Bir var qafiyələrin qulaqda melodiyaya necə çevrilməsini dinləmək, bir də var hər kəsə verilməyən bəsirət gözü ilə poeziyanın rəngini görmək.

 

İfrata varmadan kəpənəyi niyə idman qəzetinin mənim üçün ayrılmış köşəsinə gətirdiyimi deyim: Müstəqil Azərbaycan futbolu da "divlər”lə müqayisədə həşərata bənzəyirsə, deməli, kəpənəyi yada salmaq o qədər də uğursuz cəhd deyil.


Hə, dəyərli oxucular, çox yox, 10-15 il öncə futbol ictimaiyyətinin böyük qismi sürünə-sürünə balaca bir budağa dırmaşan "kəpənək balası”nın qanadlanacağına, ölkənin yaşıl çəmənlərindən kənarda coşqu ilə qanad çalacağına, heyranlarına qürur bəxş edəcəyinə inanırdı. Bəlli futbol dalğasından ruhlanan çinli məmurlar, pullu iş adamları kənarda qalmaq istəmirdi. Kimi dəb, kimi də tələb mayakına doğru addımlamağı özünə borc bilirdi. "Bakı”, "Xəzər Lənkəran”, "Qəbələ”, "Karvan”, "İnter” kimi klubların "doğuluşu” kəpənək qanadlarının zərinə bələnmiş işıqlı sabahlarla bağlı böyük ümidlər yaradırdı. Ölkənin futbol ictimaiyyəti hamılıqla səriştəsiz, hamılıqla həvəsli idi.

 

Görməmişcəsinə xərclənən pullara, alçaqcasına talanan büdcələrə, şərəfsizcəsinə edilən "otkat”lara baxmayaraq tərpəniş sezilirdi. Öncə avrokuboklarda 1-2 mərhələ adlamaqla bitən macəraların uğur sayılmadığını anladıq, ardından Azərbaycan adlı məmləkətdən Qurban Qurbanov kimi işini vicdanla görən mütəxəssilərin çıxa biləcəyinə şahidlik etdik, daha sonra "Neftçi”, "Qarabağ” və "Qəbələ” Avroliqanın qrupuna düşməyin yalnız xəyal olmadığını isbatladı. Yavaş-yavaş çempionat oyunlarını pulla alan məşqçilərin, sifarişçi klub rəsmilərinin, özünə hörmət etməyən futbolçuların iç üzü açıldı, ən qədim peşənin sakinlərini xatırladan bir sıra hakimlərin maskası yırtıldı.

 

Təbii, idman mətbuatında da ibtidai rəqabət formalaşdı. Yerli futbol xəbərlərini bu idman növüylə maraqlananlara daha tez çatdırmaq, başqalarından bir addım önə çıxmaq hədəfi kütləviləşməyə təkan verdi. Əlbəttə, təcrübəsi və "çəki”si imkan vermədiyi halda yalnız özünün işlətdiyi saytda baş redaktor vəzifəsi tutmağa can atanlar, klubların qapısında yatıb, yumşaq desək, dilənçilik edənlər, öyrənmədən öyrətməyə çaba göstərənlər az deyildi. Amma futbola yatırılan pulların yaratdığı məlum fəsadlar fonunda idman jurnalistikasındakı cücərməni də danmaq olmaz.


... Alnına böyük yolçuluğa sürfə kimi başlamaq yazılan həşəratın başqa nə yolu vardı ki. Sürünə-sürünə budağa çıxan həmin kəpənək balası - tırtıl süstləşdi, pupa çevrildi. Gözlərinin önünə uğurla tamamlanacaq metamorfozu gətirib dərin yuxuya daldı. Fəqət, oyana, qanadlarını günəşin sarı şəfəqlərində qurudub kəpənəkləşə bilmədi. Yatdıqca başının üstündə tor quran hörümçəklər ona layla çaldı, silkələnmək, süstlük durumuna "dur” demək istədikcə əcaib məxluqların məkrli niyyətlərindən qorxub baramasında qaldı. Ara-sıra yuxularında minlərlə insanın düzüldüyü arenada zərli, bəzəkli qanadlarını çırpa-çırpa uçduğunu görsə də, pup vəziyyətindən çıxmadı.


O qanad,
o inad,
o istək hanı?!
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi…

 

Nihat Ağasoy, "Futbol+” qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X