"Qarabağ" Azərbaycan milli komandasının və Qazaxıstan "Astana"sının futbolçusu Riçard Almeydanı heyətinə qatıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkədə "Maestro geri döndü" və 29 yaşlı yarımmüdafiəçinin fotosunda "Evinə xoş gəldin, Almeyda" yazılıb.
***13.10
Millimizin futbolçusu Riçard Almeyda "Qarabağ"ın düşərgəsindədi.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub. "Qarabağ"ın baş meneceri Asif Əsgərov sosial şəbəkdə onunla şəklini paylaşıb.
Qeyd edək ki, Almeyda müqavilə ilə Qazaxıstanın "Astana” klubuna məxsusdu. "Qarabağ"ın onu icarəyə götürəcəyi deyilir.
Fanat.Az