"Qəbələ" Türkiyənin Antalya şəhərinə yollanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. "Qəbələ” Lara bölgəsindəki "Trendi otel”də məskunlaşacaq.
Qeyd edək ki, Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. "Qırmızı-qaralar” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu "Meppen”lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandanın rəqibləri ayın 20-də "Yenisey, 4 gün sonra isə "Fakel” olacaq. Yanvarın 26-da olacaq son sınaq matçında "Qəbələ” Macarıstan təmsilçisi MTK ilə görüşəcək.
Fanat.Az