Ukrayna
millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyevin
yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə
görə, 33 yaşlı veteran yarımmüdafiəçi Kiyevdə yeni yaradılmış
"Şturm" komandasında oynayacaq. "Şturm” həvəskarlar liqasında çıxış
edəcək.
Qeyd edək ki, Azərbaycan əsilli Əliyev Rusiyanın
"Anji”, "Lokomotiv", Ukraynanın "Metallurq",
"Dinamo" və "Dnepr" kimi komandalarında çıxış edib. O, həvəskarlar
liqasında çıxış edən "Katandzaro" komandasında da oynayıb.
Fanat.Az