Kamran Quliyevin "Neftçi"də ən az işləmiş prezident kimi tarixə keçəcəyi haqda məlumat vermişdik. Klub sponsorları qərarını verib.
Fanat.Az-ın matc.az-a istinadən məlumatına görə, artıq onu əvəzləyəcək namizədlər də bəllidi.
Cəmi bir neçə aydı klub prezidenti işləsə də, "flaqman"ı kubokdan biabırçı şəkildə uzaqlaşdırmaqla Kamran Quliyevə tərs sillə vuran Riad Rəfiyev "Neftçi"nin prezidenti olmağa əsas namizədlərdəndi.
Kamran Quliyevi əvəzləyəcək daha bir real namizəd isə "Keşlə"nin prezidenti Zaur Axundovdu. Axundov Rəfiyevdən fərqli, futbolda idarəçi kimi daha böyük təcrübəyə sahibdi.
Bəs bu dəyişiklik nə vaxt reallaşacaq? Çox güman martda...
Fanat.Az