"Barselona"nın yarımmüdafiəçisi Denis Suares karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, orta xətt oyunçusu "Arsenal"da top qovacaq.
"Topçular" 2016-cı ildən "Barsa"da olan Suaresi mövsümün sonuna qədər icarəyə götürəcək. "Arsenal" həmçinin yayda onu birdəfəlik transfer etmək hüququna malik olacaq. Keçidin sabah baş tutacaq son görüşdə rəsmiləşməsi gözlənilir.
Fanat.Az