Antalyada təlim-məşq toplanışında olan "Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın "Vorskla”, 26-da isə Makedoniyanın "Şkupi” komandaları ilə qarşılaşacaq.
Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı olan Rumıniya "Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin "Voluntari” komandası olacaq.
"Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın "Taraz” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Vorskla" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub.
Fanat.Az