18:10 14.01.2019 1714

“Pulu üstün tutsaydım, \"Qarabağ”da ehtiyatda oturmağı qəbul edərdim\"

"Qarabağ”dan ayrılaraq "Sabah”a transfer olunan Coşqun Diniyev "Report"a müsahibə verib.

Fanat.Az 23 yaşlı dayaq yarımmüdafiəçisinin müsahibəsini təqdim edir:

- "Qarabağ”dan getmək öz qərarımdır. Çünki son vaxtlar az oynayırdım və ehtiyatda daha çox qalırdım. Daim oynamalı olduğum bir yaşdayam. "Qarabağ”da ehtiyatda oturmaqdansa, başqa komandada oynamaq daha məqsədəuyğundur. Klub rəhbərliyi ilə danışdım və davamlı oynaya biləcəyim bir yerə getmək istədiyimi söylədim. Onlar da məni anlayışla qarşıladılar və qarşılıqlı razılaşma əsasında ayrıldım.

- 2015-ci ilin iyunundan başlayan "Qarabağ” karyeranızı necə dəyərləndirirsiniz?
- Futbolçu karyeramın ən gözəl illərini "Qarabağ”da keçirmişəm. Orada baş məşqçimiz Qurban Qurbanov, kapitanımız Rəşad Sadıqov və digər komanda yoldaşlarımdan çox şey öyrəndim. Komanda ilə çempionluqlar yaşadım, Avropa Liqası və Çempionlar Liqasında böyük təcrübə qazandım. Orada mənə verilən dəstəyi hər zaman hiss etmişəm. Təəssüf ki, oynamaq üçün az şansım oldu. Bəlkədə, bunun da əsas səbəbkarı mənəm, istənilən formada olmamışam. Amma yenə deyirəm, futbolçu daim oynadıqda yaxşı forma toplayır. Ona görə də belə bir addım atdım. Bütün futbol ictimaiyyətinə görmək istədikləri Coşqunu göstərmək üçün "Sabah”a keçdim.

- Niyə məhz "Sabah”?
- İki-üç təklifim vardı. Amma "Sabah”ın adını eşidən kimi bütün fikrim bu kluba yönəldi. Çünki komandanın baş məşqçisi Elşad Əhmədovla bir neçə il öncə "İnter”də birgə çalışmışam. "Sabah”a gəlməyimdə başlıca səbəb baş məçqçi oldu. Həqiqətən də, onunla işləmək mənim üçün çox xoşdur. Transfer reallaşmamışdan qabaq klub rəhbərliyi ilə danışdıq. Onların klubun qarşısına qoyduqları missiya, gələcəyə dair planları məni cəlb etdi. Gələcək üçün yaxşı komanda qurmaq istəyirlər. Bütün bunları nəzərə alıb, "Sabah”la razılaşdım.

- Qardaşınız Kərim Diniyevlə ilk dəfə komanda yoldaşı olacaqsınız. Seçiminizdə bu amil də rol oynadı?
- İlk dəfə bir yerdə oynayacağımız üçün çox sevinirəm. Amma yenə də deyirəm, ilk növbədə, Elşad Əhmədov və klub rəhbərliyi ilə danışığım həlledici oldu. Qardaşımın bura gəlməyimdə rolu yoxdur. Amma belə alındığı üçün şadam.

- UEFA-nın tələbinə əsasən, "Sabah”ın fəaliyyətinin 3 ili tamam olmadığına görə 2019/2020 mövsümündə avrokubokda iştirak edə bilməz. Bu amil seçim edən zaman tərəddüt etməyinizə səbəb olmadı ki?
- Bunu əvvəldən bilirdim, "Sabah” yeni klubdur. Bütün məsələləri götür-qoy edəndən sonra razılaşmışam. Əsas komandanın gələcəyidir. Gələn mövsüm avrokuboka vəsiqə uğrundan mübarizə aparacaq "Sabah”da olmaq mənim üçün bir şərəfdir.

- "Sabah” sizdən əvvəl qış fasiləsində Rəşad Eyubov və Təmkin Xəlilzadəni transfer edib. Həmçinin ötən mövsümün ən yaxşılarından olan Cavid İmamverdiyev buradadır...
- Bəli, "Sabah” bir sıra güclü yerli oyunçular transfer edib. Bu da komandanın hədəflərindən xəbər verir. Çalışacağıq ki, hamının çəkindiyi bir rəqib olaq. Növbəti mövsüm hər kəs tamam başqa "Sabah” görəcək.

- Atanız Şahin Diniyevin "Sabah”a keçidinizə münasibəti necə oldu?
- Qərar verərkən atamla məsləhətləşdim. O da "Sabah”a keçməyi məsləhət gördü.

- "Sabah” keçməklə daha çox oynamağı nisbətən az qazanmaqdan üstün tutmuş oldunuz?
- Əmək haqqı barədə danışmaq istəməzdim. Əlbəttə, hər bir klubda maaşın məbləği arasında fərq olur. Mənim üçün bu yaşda oynamaq puldan önəmlidir. Pulu üstün tutsaydım, "Qarabağ”da ehtiyatda oturmağı qəbul edərdim.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

phrase_var_core.fb
X