18:44 14.01.2019 1907

Sadıqovla Diniyev səmimi danışsaydı…

Milan Obradoviç artıq U-21 millimizin baş məşqçisidi. AFFA-nın təklifinə öncə "yox” deyən çalışdırıcı ölkəsinin U-19 yığmasından ayrılıb Bakıya gəldi. Ertəsi qurumun rəsmi saytında neft ölkəsindən dollar çıxarmağa yeriklədiyi gözlərindəki ifadədən dərhal sezilən əcnəbinin, baş katibin və onların yanında dayanmaqla işlərini bitmiş sayırlarmış kimi sinəsini şişirdərək poz verən məşqçilərimizi gördük. Başınız sağ olsun, izdivac rəsmiləşdi!

 

Şübhəsiz, Elxan Məmmədov və Məşqçilər Komitəsi (MK) adı altında başına topladığı işsiz mütəxəssislərdən heç biri sözügedən serbin naz sataraq daha çox pul qazanmaq hədəfinə çatdığını etiraf edəcək cəsarətin sahibi deyil. Sadə məntiqlə, futbolunun səviyyəsi bizimkindən dəfələrlə üstün olan Serbiyanın U-19-nu çalışdırmaq bir əcnəbi üçün Azərbaycanda işləməkdən 5 dəfə perspektivlidi. Belədə, onun bizimkilərin təklifi ilə sonradan razılaşmasında həlledici məqam yalnız və yalnız daha çox pul ola bilər. Bütün başqa izahlar, səbəb göstərmək çabaları gülünc alınar.


Müəyyən pul qarşılığında susdurulmuş yerli məşqçilərin başında duran Vaqif Sadıqovun "niyə məhz Obradoviç” sualına saytların birində verdiyi cavaba diqqət yetirək: "Portuqaliyadan, Xorvatiyadan və başqa ölkələrdən namizədlər var idi. Azı 6-7 namizəd olub. Bu proses uzun çəkdi. Rəhbərliklə birlikdə müzakirələr aparıldı, görüşlər keçirildi... Sonda namizədlər arasında ən yaxşısının Milan Obradoviç olduğuna dair qərar qəbul olundu. Obradoviç hazırda məşqçi üçün əlverişli yaşdadı. Bundan başqa, ötən il Serbiyanın əsas millisində köməkçi məşqçi kimi dünya çempionatında iştirak edib. Ümumiyyətlə, beynəlxalq təcrübəsini, eyni zamanda daha əvvəllər aşağı yaş qruplarında çalışmağını nəzərə alaraq belə bir qərar qəbul olundu. Çünki U-21 millisində işləmək ona yad bir iş deyil".


Sizcə, bu cavabdı? Vaqif müəllimi çox yaxşı tanıyıram. Dəfələrlə ondan müsahibə və açıqlamalar almışam, milli və klublarda işlədiyi dönəmlərdə mətbuat konfranslarına təpik döymüşəm, Avstriya yığması ilə Bakıdakı məlum "quru” bərabərliyə yığmanı dünya çempionatının final mərhələsinə daşımış biri qədər sevinməsinə baxıb acı-acı gülümsəmişəm. Yetərincə məntiqli, əksər həmkarlarından fərqli olaraq fikrini asanlıqla ifadə edən adamdı. Amma Vaqif müəllimin suala daha səmimi cavabı belə olmalıydı: "Başda mən olmaqla, baş katibin bayrağı altında susdurulanlardan heç biri U-21-in yükünü çiyinlərimizdə qaldıracaq bacarıqda mütəxəssis deyilik. Görürsüz, neçə müddətdi ofis işçiləri kimi boz binaya gedib-gəlirik. Yerli klubların komitədəki çalışdırıcılara gözünün ucuyla da baxmaması bir yana, heç Türkmənistan çempionatında köməkçi-məşqçi olmaq çağırışı da almamışıq. Bizi bura yığıblar ki, baş katibin iradəsinə qarşı çıxmayaq, orda-burda AFFA-nın əleyhinə danışmayaq, ölkə prezidentinin imzaladığı Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının fiaskoya uğradıldığını, futbol ictimaiyyətinin işbilməzlərin əlində qaldığını dilimizə gətirməyək. Əcnəbi tapmaq onun tapşırığı idi. Nə qədər acı olsa da, etiraf edim ki, hər birimizin ürəyindən Obradoviçin yerində olmaq keçirdi. Amma alınmadı. Əmr "sarayın adil vəzir”inindi, o olan yerdə biz nə kərayik ki”.


Son vaxtlar dahi Rene Dekartı özünə kumir seçən, "ya sus, ya susmaqdan daha qiymətli söz de” deyimini özü üçün prioritetə çevirən Şahin Diniyev isə belə danışmalıydı: ”Öz aramızdı, bu sayda qocaman dura-dura Rəşad Sadıqovun da hegemonluq etməsi, heç kimin tapşırığına məhəl qoymaması bir şey deyildi axı. Mən o vaxt onun ayağını yığmadan qəsdən kəsmişdim. Bilirdim ki, böyüyüb başımıza bəla olacaq, köhnə bazara təzə nırx qoymağa çalışacaq. Bizdən sonra futbol oynayan Qurban Qurbanovun yığmaya gətirilməsinə üzüləydik, yoxsa, hələ futbol oynayan gənc Sadıqovun bizimkindən dəfələrlə artıq nüfuz sahibi olmasına? Mənə kimin və niyə gətirilməsi maraqlı deyil. Əsas odu ki, Sadıqov getdi, bu qədər”.


Digər MK üzvlərini də oxşar şəkildə səmimiyyətə səsləyə bilərəm. Zamanla hər birini ayrı ayrılıqda tanımaq, xarakterinə və bacarığına bələd olmaq imkanı qazanmışam. El diliylə desək, ucundan tutub ucuzluğa getmək, gözlərinizi yormaq istəmirəm. Bəlli həqiqətdi, hansısa neft buruğundan çıxan "qara qızıl”ın satışından gələn paraların Obradoviçin cibinə getməsi assosiasiyada meşin qapılar arxasında oturanları maraqlandırmır. Haqq sözün eşidildiyi, qiymətləndirildiyi ölkədə yaşasaydıq, təbii ki, bu gün "vəzir”in yerində şərəfli futbol veteranlarından biri əyləşər, müxalif qüvvələri zərərsizləşdirmək naminə yaradılan MK da olmazdı.


Bir qədər də dərinə getsək, həmin Sadıqovla Diniyev də 12 komandalı Azərbaycan çempionatında baş məşqçi qismində fəaliyyət göstərərdi. Və ya Vaqif müəllimin özü futbola təsadüfən "calanmış” indiki baş katibin postunu tutar, baş əymədiyinə görə başdakıların bəyənmədiyi beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Frits Stuxlikə tapşırılan Hakimlər və Hakim İnspektorlar Komitəsində böyük potensialını uğurla xərcləyərdi.

 

Nihat Ağasoy, "Futbol+” qəzeti

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

phrase_var_core.fb
X