Albaniya mətbuatı "Qarabağ"ın futbolçusu Ansi Aqolinin karyerasını bitirib-bitiriməyəcəyi ilə bağlı yazı hazırlayıb.
Fanat.Az xəbər verir ki, supersport.al saytında dərc olunmuş yazıda 36 yaşlı futbolçunun karyerasını bitirəcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirilib.
Qeyd edilib ki, "Qarabağ"la müqaviləsi yayda başa çatacaq alban futbolçu komandada qalıb karyerasını davam etdirə və ya ona klubda başqa bir iş verilə bilər. Həmçinin onun Albaniyaya dönərək yenidən sabiq klubu "Tirana"nın formasını geyinə biləcəyi də vurğulanıb.
Fanat.Az