Antalyada təlim-məşq toplanışında olan "Sabah"ın növbəti yoxlama oyununun başlama saatı bəlli olub.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin Qazaxıstan "Tobol"u ilə görüşü sabah Bakı vaxtı ilə saat 18:00-da, "Titanik" otelinin stadionunda keçiriləcək.
"Sabah" bu oyundan başqa, yanvarın 19-da Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, hələlik sonuncu rəqibin adı məlum deyil.
Xatırladaq ki, "Sabah" Antalyada keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Eskişehirspor" klubunu 1:0 hesabıyla məğlub edib.
Fanat.Az