Mövsümün ilk yarısını dəyərləndirən müdafiəçi ikinci yarıda onları daha çətin oyunların gözlədiyini söyləyib:
"Çempionatda çətin oyunlar keçirəcəyik. Əsas rəqibimiz "Neftçi" bizdən 3 xal öndədi. Üstəlik, ilk oyunumuz da onlara qarşı olacaq".
Fanat.Az xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
Komandanın düşərgəsindən reportaj hazırlayan "TRT Spor" telekanalına danışan müdafiəçi çempion olmaq istədiklərini bildirib: "Yenə çempion olmaq istəyirik və sona qədər mübarizə aparacağıq. Yekunda necə nəticələnəcəyini Allah bilir".
Rəşad bu mövsüm Türkiyə Super Liqasında "Başakşəhər"in çempion olmasını istəyir: "Bu mövsüm "Başakşəhər"in çempion olmasını çox istərdim. Çünki bu, Abdullah hocanın (Abdullah Avcı - red.) bunu haqqıdı. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm".
Qeyd edək ki, Rəşad Türkiyədə "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" klublarında forma geyinib.
Fanat.Az