"Zenit"in yarımmüdafiəçisi Leandro Paredes İngiltərə Premyer Liqasında top qovacaq.
Fanat.Az-ın "Mirror"a istinadən məlumatına görə, Argentina millisinin üzvü bir müddətdi danışıqlar apardığı "Çelsi" ilə, nəhayət ki, anlaşıb.
30 yaşlı futbolçunun meneceri "zadəganlar"la görüş zamanı müqavilənin detallarını razılaşdırıb. Klublar da artıq ortaq məxrəcə gəliblər. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Paredesin keçidi "Çelsi"yə 35-40 milyon avroya başa gələcək.
Paredes "Zenit"ə 2017-ci ildə "Roma"dan keçib.
Fanat.Az