"Mançester Yunayted"i tərk edəcək ilk futbolçunun kimliyi müəyyənləşib.
Fanat.Az "Telegraph"a istinadən xəbər verir ki, müdafiəçi Markos Roxo "qırmızı şeytanlar”a lazım deyil.
Zədə səbəbindən komandasının Dubay toplanışını tərk edən və ölkəsi Argentinaya yollanan 29 yaşlı futbolçu əsas heyət üzünə həsrət qalıb. Rəhbərlik futbolçuya başqa klublarla danışıq aparmaq icazəsi verib. Onun yayda "qırmızı şeytanlar"ı tərk edəcəyi dəqiqdi.
Bu mövsüm cəmi 2 oyunda iştirak edən Roxonun müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.
Fanat.Az