"Arsenal"ın türk yarımmüdafiəçisi Məsut Özil yenidən La Liqaya qayıda bilər.
Fanat.Az-ın məlumatına görə, "Real"da top qovmuş ulduz futbolçu "Atletiko"nun transfer siyahısındadı.
"Topçular"da əsas heyətdəki yerini itirən 30 yaşlı orta sahə oyunçusu rəhbərlik tərəfindən transferə çıxarılıb. İlk olaraq "Yuventus"dan təklif alan Özillə indi də "Atletiko" təmasa keçib. Madrid təmsilçisi transfer üçün italyanlardan daha çox - 20 milyon funt-sterlinq təklif edib. Futbolçu özü razılaşarsa, "Arsenal" qarşı tərəfə müsbət cavab verəcək.
Özil 2010-2013-cü illər aralığında "Real"da oynayıb və ardından "Arsenal"a keçib.
Fanat.Az