Mario Balotelli karyerasını Fransada davam etdirəcək.
Fanat.Az "Sky Italia"ya istinadən xəbər verir ki, "Nitsa"nın transferə çıxardığı İtaliya millisinin forvardı "Marsel"lə anlaşıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Balotelli bu müddət ərzində 2 milyon avro maaş alacaq.
Bir neçə gün öncə Türkiyə mətbuatı Marionun İstanbula gəldiyini və "Qalatasaray”la müqavilə imzalamağa hazırlaşdığını yazmışdı.
Fanat.Az