Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Sənan Qurbanovun baş məşqçilik etdiyi kollektiv Almaniyanın "Meppen" kollektivi ilə üz-üzə gəlib.
"Papillon Oteli”nin futbol meydanında baş tutan qarşılaşma 3 hissədən ibarət olub və 135 dəqiqə davam edib. Görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçdakı bütün qollar üçüncü hissəyə təsadüf edib.
Qeyd edək ki, bu gün digər iki yoxlama oyununda "Səbail" Macarıstan "Aqvital"ını 3:2 hesabı ilə üstələyib, "Sumqayıt" isə Qazaxıstanın "Jetısu" kollektivi ilə heç-heçə edib - 1:1. Hazırda "Sabah" - "Tobol" (Qazaxıstan) və "Qarabağ" - "Uypeşt" (Macarıstan) qarşılaşmaları keçirilir.
Fanat.Az