Noyabrın 15-də Tallində Estoniya, 19-da isə Bişkekdə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək millimizin heyətinə daha bir futbolçu çağırılıb. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, baş məşqçi Berti Foqts “Sumqayıt”ın üzvü Pərdis Fərcad-Azadı da sərəncamında görmək istəyib.
Qeyd edək ki, Əli Gökdəmir millinin hazırlıq prosesində noyabrın 14-də qoşulacaq.
Fanat.az