"Sabah" yoxlama oyunu çərçivəsində "Tobol"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra Qazaxıstan klubunun baş məşqçisi Vladimir Qazzaev klubun rəsmi saytına oyunu şərh edib.
O, 2:2 hesabı ilə matç haqda "Hazırlıq səviyyəmizi bilmək üçün növbəti yoxlama oyununda düşərgəmizdəki bütün futbolçulara oynamaq imkanı yaratdıq. Ümumilikdə, birinci hissənin ilk 20-25 dəqiqəsindəki oyunumuzdan razı qaldım. Futbolçular onlardan tələb olunan tapşırıqları dəqiq yerinə yetirdilər. Amma onu da demək lazımdır ki, biz yüklənmədən sonra oyuna çıxmışdıq.
Komanda sadəcə, bu mənada bir az çətinlik çəkdi. Rəqib isə əksinə, meydanda daha hazır görünürdü. Uşaqlar 0:2 hesabı ilə uduzduqları halda sonradan 2 qol vurmaqla xarakter göstərdilər. Gənclər özlərini kifayət qədər yaxşı tərəfdən göstərdilər. İndi hər bir oyun informativ xarakter daşıyır. Düzdür, səhvlərimiz də oldu. Bunların üzərində işləyib, oyun keyfiyyətlərimiziartıracağıq. Hazırlıq plan üzrə gedir", bunları söyləyib.
Fanat.Az