Qazaxıstan milli komandasının baş məşqçisi Stanimir Stoylov istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası 52 yaşlı bolqar mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. Stoylov yığmaya UEFA Millətlər Liqasında və 3 yoxlama oyununda başçılıq edib.
Qeyd edək ki, Stoylov "Astana"nı 2015-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksəldib. Bu Qazaxıstan tarrixində ilk dəfə olub. Bolqar mütəxəssis 2018-ci ilin martından milliyə başçılıq edirdi.
Fanat.Az