Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ” Antalyadakı təlim-məşq toplanışını davam etdirir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bu gün qonşu ölkədə 2-ci yoxlama oyununa çıxıb.
Ağdam təmsilçisi Çexiyanın "Bohemians” klubu ilə görüşüb. Hesabı çexlər açsa da, "Qarabağ" 36-cı dəqiqədə Filip Ozobiçin qolu ilə bərabərliyi təmin edib. 62-cı dəqiqədə Donald Gerye ikinci qolu vurub. Son dəqiqədə isə Simeon Slavçev fərqlənib - 3:1.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 0:1 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
19 yanvar
Qarabağ (Azərbaycan) - Bohemians (Çexiya) 3:1
Qol: Filip Ozobiç, 36. Donald Gerye, 62. Simeon Slavçev, 90.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Antalya. "Gloria Sport Arena”
Fanat.Az