16:25 20.01.2019 1531

Mourinyo UEFA-ya necə "atdığını" danışdı - İNANILMAZ

Çempionlar Liqasının 2004/05 mövsümünün "Bavariya” ilə 1/4 final oyunlarından əvvəl UEFA Mourinyoya "Barselona” ilə cavab matçındakı qeyri-etik davranışına görə iki matçlıq cəza vermişdi.

 

 

 

Joze komandasıyla əlaqə saxlaya və paltardəyişmə otağına girə bilməzdi. Yalnız VIP-lojada oturmasına icazə verilirdi.


 

Londondakı oyunda Mourinyonu tribunada görən olmadı. Əvəzində köməkçisi olan Ruy Farianın başındakı papaq diqqəti çəkdi. Sonradan İngiltərə KİV-i onun bu yolla qadağan olunmuş qulaqlığı gizlətdiyini iddia edirdi. Qapıçılarla işləyən məşqçi Silvinyo Louro isə tez-tez paltardəyişmə otağına qaçır və ordan kağız parçaları ilə qayıdırdı.


 

"Çelsi” və Mourinyo uzun müddət bu hadisə ilə bağlı suallara cavab verməkdən imtina etdi.


 

Nəhayət, Joze həmin axşam olanları "beIN Sports” kanalının efirində danışıb: "Bəli, həqiqətən həmin qutuda idim. Bu ideyanın ağlıma necə gəlməsi yadımda deyil. "Çelsi” – "Bayern” Çempionlar Liqasında böyük oyun sayılır. Futbolçularımla birgə olmalı idim və bunu etdim. Paltardəyişmə otağına gündüz gəldim. Təxminən saat 12:00-da, matç isə 19:00-dan tez başlamayacaqdı. Məni heç kim görmədi, paltardəyişmə otağında oturub komandamın gəlməsini gözlədim.


 

Yeganə problem stadiondan çıxmaqla bağlı idi. Administratorumuz Stüart böyük metal qutuya girməyimi istədi. Qapağını bir qədər açıq saxladı ki, nəfəs ala bilim. Ancaq Stüart paltardəyişmə otağından çıxanda UEFA-nın əməkdaşları onun ardınca getdi. Onlar məni tapmaq istəyirdi. Onda administratorumuz qutunun qapağını tam bağladı. Nəfəs ala bilmirdim. Nəhayət, Stüart qapağı açanda az qala ölürdüm. Ciddi deyirəm, ölümə yaxın idim. Bu həqiqətdir!”

Bundan sonra Mourinyo axşamı stadionun yaxınlığındakı istirahət evində keçirib. UEFA-dan heç kim onun orada olmasından xəbər tutmayıb. Oyunda isə "Çelsi” 4:2 hesablı qələbə qazandı və yarımfinala çıxdı. Bir sözlə, ideal axşam alınmışdı.

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X