18:26 20.01.2019 2134

“Neftçi” axtardığı "10 nömrə"ni Yunanıstanda tapdı - aşağı liqanın "ulduzu"

Heyətini gücləndirmək cəhdlərini davam etdirən "Neftçi” diqqətini Yunanıstana yönəldib.

 

 

 

Fanat.Az-ın matç.az-a istinadən məlumatına görə, "ağ-qaralar” Vangelis Platellasın xidmətində maraqlıdı.


 

Artıq yarımmüdafiəçinin klubu OFİ-yə bununla bağlı rəsmi təklif də ünvanlanıb. Aşağı liqada oynamaq üzrə ixtisaslaşan futbolçunun Superliqada istəniləni vermədiyini nəzərə alsaq, Ellada təmsilçisi bu keçiddə maraqlıdı.


 

Elə OFİ rəhbərliyi də "Neftçi”dən təklif gəldiyini və transferin gerçəkləşməsinin mümkünlüyünü təsdiqləyib. Lakin Krit klubu məsələnin maliyyə tərəfinin sərfəli olmasını istəyir. Bir sözlə, yunanıstanlılar "Neftçi”yə futbolçu satmaqdan irəli düşmək niyyətindədi.


Əslində, yarımmüdafiənin cinahlarında ciddi problem olmayan "ağ-qaralar”ın məhz vinger üçün para xərcləməsi də maraqlıdı. Hər halda, paytaxt təmsilçisi bu mövqedə kifayət qədər istedadlı oyunçulara malikdi.


 

31 yaşlı vinger peşəkar karyerasına da aşağı dəstə təmsilçisi "Kaliteya” klubunda başlayıb. 6 il aşağı dəstədə bu komandanın uğurları üçün çalışan Platellas 2012-ci ilin əvvəlində "Şkoda Ksanti”yə keçib. Məhz bundan sonra Superliqada debüt imkanı qazanan yarımmüdafiəçi mövsümyarım ərzində 23 qarşılaşmada iştirak edib. Lakin hücumameylli yarımmüdafiəçi olan Vangelis qol hesabını aça bilməyib.


 

Özünü yaxşı tərəfdən göstərə bilmədiyindən "Şkoda Ksanti”yə lazım olmayan futbolçu 2013-cü ildə aşağı liqada mübarizə aparan AEK-ə yollanıb. 2013/14 mövsümündə 15 qolla aşağı liqada bombardirlik nümayiş etdirən Platelas növbəti mövsümdə də uğurla çıxış edib. 2014/15 mövsümündə bu komandada keçirdiyi 26 görüşdə 7 qol vuran yarımmüdafiəçi Superliqaya vəsiqə qazanılmasında pay sahibi olub.


 

Lakin AEK yüksək liqada yarımmüdafiəçidən çox faydalana bilməyib. Mövsümyarım ərzində 23 matça çıxan futbolçu cəmi 3 dəfə rəqib qapısına yol tapıb. 2016-cı ildə Avropa Liqasında debüt də uğurlu alınmayıb. 2 oyunda 45 dəqiqə şans qazanan futbolçu heç nə ilə fərqlənməyib.


Düzdü, AEK-də oynadığı vaxt yarımmüdafiəçi Yunanıstan millisinə də çağırılıb. O, AVRO-2016-nın Rumıniya ilə seçmə oyununa dəvət alsa da, ehtiyatda qalıb.


 

Superliqada AEK-in ümidlərini doğrultmayan Vangelis 2016/17 mövsümünün ikinci yarısını "Atromitos”da keçirib. 16 görüşdə 1 qol vuran vinger Superliqa səviyyəsindən aşağı olduğunu dərk edərək, "Aris”ə üz tutub.


 

Gücü aşağı liqa komandalarına çatan Platellas 2017/18 mövsümündə 27 matçda 9 qol vurub. Bu, yarımmüdafiəçinin Superliqa təmsilçisi OFİ-yə keçidindən rol oynayıb. Lakin cari mövsümün ilk yarısında keçirdiyi 15 görüşdə cəmi 2 qola sevinən futbolçu klub rəhbərliyini seçiminə peşman edib. Çünki OFİ-də daha artığını gözləyirdilər.


 

Superliqada ümumilikdə 77 oyun keçirən Vangelis vur-tut 6 qol vurub. Hərçənd aşağı liqada daha məhsuldar oynayan futbolçudan gözləntilər daha böyükdü.


 

Qeyd edək ki, Vangelis Superliqadakı son qolunu 8 gün öncə "Panionios”la ev oyununda (1:1) vurub. Görünür elə bu da onun təmsilçimizin maraq dairəsinə düşməsinə səbəb olub.

 

 

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

Facebookdan bizi izləməyi unutmayın.
X