Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, bakılılar Serbiyanın "Dinamo" klubu ilə üz-üzə gəlib.
Super Liqada çıxış edən Vranye təmsilçisi ilə matç "Riu Kaya Belek" otelinin meydançasında keçirilib. Oyundan öncə komandalar 20 Yanvar Faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Paytaxt klubunun üzvləri meydana qollarında qara sarğı ilə çıxıb. Oyuna gəlincə,"Keşlə" bu görüşdə 2 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, Antalyadakı ilk yoxlama oyununda Özbəkistanın U-23 komandası ilə qolsuz heç-heçəyə razılaşan "Keşlə”, yanvarın 23-də Rumıniyanın "Konkordiya" və 25-də Rusiyanın "Çertoanovo" klubları ilə qarılaşacaq.
Fanat.Az