13:03 21.01.2019 1419

Qandonduran klub prezidenti

"Neftçi"də ara qarışıb, məzhəb itib. Klubun sıravi işçiləri və rəhbərliyi, eyni zamanda futbolçular Kamran Quliyevin idarəçilik üsullarından təngə gəlib. "Parçala və idarə et" prinsipini rəhbər tutan prezident yalnız klub daxilidə deyil, "flaqman"ın sadiq azarkeşləri arasında da nifaq salmaq, insanları bir-biri ilə düşmən etmək yolunu tutub.


Bu "taktika" media təmsilçilərinə qarşı da uğurla istifadə edilir. "Neftçi" prezidentinin qandonduran strategiyası hələlik uğur gətirir: klub daxilində, azarkeşlər və media təmsilçiləri arasında ciddi narazılıq, futbolçular arasında isə qruplaşmalar yaratmağı bacarır. Amma hər şeyin müəyyən bir ömrü var. Gec-tez hər şey faş olur.

 

Təsadüfi deyil ki, Kamran Quliyevin "lyubimçiki" olan məşqçilər və bəzi futbolçular komandanın aparıcı legionerləri arasında narazılıq yaradıb. Ceyhun Sultanovun qabiliyyəti və israrı sayəsində böyük çətinliklə alınan və yeganə uğurlu transfer deyə biləcəyimiz Baqali Dabo artıq bu ab-havanı və baş məşqçi Roberto Bordinin məşqlərini qəbul edə bilmədiyini gizlətmir. Fransalı hücumçu ciddi dəyişiklər olmasa klubdan getmək fikrindədi.

 

Naməlum xidmətlərinə görə həyatında ən böyük vəzifəyə gələn Kamran müəllim "ulduz xəstəliyi"ndən əziyyət çəkir. Adətən bu, şöhrətin ağırlığını qaldıra bilməyən gənc futbolçularda müşahidə olunur. Amma bu dəfə daha ağır haldı. 7-dən 77-yə hamını bezdirən Quliyevin istefasını yalnız tribunadan didərgin saldığı azarkeşlər yox, klub daxilində də futbolçular daxil demək olar hamı istəyir. Ən əsası isə Afrikadan həvəskar futbolçuları "xalq komandası"na gətirməklə büdcəyə nəzarət edə bilməyən prezident klub rəhbərliyini də bədbinləşdirib. Nə peşəkar, nə də insan kimi ümidləri doğrultmayan Quliyev yerli oyunçu transferlərində də fiaskoya uğrayıb.

 

Diviziondan gətirilən Mirkamil Əliyev adlı futbolçunu ölkədə Kamran müəllimdən başqa heç kim tanımır. Bu futbolçu, eyni zamanda illərdi "Neftçi"nin "dublu" səviyyəsini aşa bilməyən Elnur Süleymanov, Elvin Sərkərov, son hazırlıq matçında Dabonun ustalığı sayəsində "Qaz Metan"ın ikinci heyətinə 2 qol vursa da istedadı ilə seçilməyən Əli Şirinovu xərc çəkib Antalyaya aparmağın mənasını anlamaq çətindi. Bu futbolçuların heç biri "Neftçi" səviyyəsində deyil və perspektivdə də möcüzəvi tərəqqiyə nail olacaqları inandırıcı görünmür.

 

Yayda bəh-bəhlə alınıb bir neçə ay sonra gedişləri toy bayram kimi qəbul olunan Rəşad Eyubov, Kvame Karikari də Quliyevin "şah əsərlər"idi. Eyni zamanda, əvəzedicilərdə məşq edən Braliç və Antalyaya aparılsa da komandaya zərrə qədər xeyir verəcək potensialda olmayan 33 yaşlı "tapıntı" Paratski. Amma səhvlərdən nəticə çıxarmaq əvəzinə tutduğu yoldan çəkinmək fikrində olmayan müvəqqəti prezident yeni transferlərlə də kluba son zərbələrini vurur.

 

Səkkiz oyundu qələbə üzünə həsrət olan "Qaz Metan" üzərində qələbəni çempionluq kimi təqdim edən, dərhal "medianın ulduzu"na çevrilən Kamran müəllim rumınların eksperimental heyətlə oynadığını və hazırlıq görüşlərində əsas məqsədin nəticə olmadığını unudub. Və onu da unudub ki, hazırlıq matçında nəticəyə oynayan və qələbə qazanan komandalar adətən rəsmi oyunlarda məğlub olur. "Qarabağ"la prinsipial qarşılaşmaya isə artıq 2 həftədən də az vaxt qalır və hələ də normal transferi etməyən klubun prezidenti azarkeşlərə ümidlər verir.

 

Daha demir ki, kluba gələndə "biz disklə oyunçu almayacağıq, bütün futbolçuları izləyib əvvəldən seçimimizi edəcəyik və "transfer pəncərəsi" açılan kimi transferlər rəsmiləşəcək ki, yeni futbolçuların hazırlıq və adaptasiya prosesi normal qaydada olsun" tipli yağlı vədlər, açıqlamalar verirdi... Onda braliçlər, karikararilər yox idi...


Deyirlər, cəhənnəmə gedən özünə yoldaş axtarır. Kamran müəllimin uzun müddətlik müqavilələrlə "Neftçi"yə "paz etdiyi" transferləri klubdan yola salmaq üçünnə qədər təzminat ödənəcək, hələ o vaxta qədər bu həvəskarlara dəyərlərindən dəfələrlə artıq nə qədər pul veriləcək Allah bilir. Olan isə Azərbaycan futbolunun flaqmanı, ölkəmizin ən köklü və titullu klubu, xalqımızın komandası, azarkeşlərin əbədi və tək sevgisi "Neftçi"yə olur...

 

Mənbə: matc.az

 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

Facebookdan bizi izləməyi unutmayın.
X