"Qəbələ” 2018/19 mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Dünən Rusiyanın "Yenisey” klubu ilə yoxlama oyunu (2:2) keçirən bölgə təmsilçisi bu gün bərpaedici məşqlə kifayətlənib.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində yanvarın 24-də "Fakel” (Rusiya), 26-da isə MTK (Macarıstan) ilə qarşılaşacaq.
Fanat.Az