Mövsümün ikinci yarısına hazırlıqları Türkiyədə davam etdirən "Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Samir Abasovun yetirmələri Macarıstanın "Paksi” klubu ilə qarşılaşıb. Bu, paytaxt təmsilçisinin Antalyada ikinci sınağı olub. Görüşün taleyini 1 qol həll edib.
İkinci hissənin əvvəlində fərqlənən qəsəbə təmsilçisi ikinci qarşılaşmada da minimalhesablı qələbə qazanıb. Bu dəfə İlkin Qırtımov rəqib qapısına yol tapıb.
Qeyd edək ki, zirəlilər ilk yoxlama oyununda Rumıniyanın "Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi sonuncu matçını yanvarın 26-da Rusiya "Tambov”una qarşı keçirəcək.
Yoxlama görüşü
22 yanvar
Zirə (Azərbaycan) - Paksi (Macarıstan) 1:0
Qol: İlkin Qırtımov, 57.
Zirə: 1. Orxan Sadıqlı, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev (k), 7. Pərdis Fərzad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 11. Dilan Daventru, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Fanat.Az