Polşanın "Pyast" klubunun baş məşqçisi Valdemar Fornalik "Qarabağ"la yoxlama oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis leysana baxmayaraq, meydaçanın vəziyyətinn yaxşı olduğunu bildirib:
"Reklama ehtiyacı olmayan çox güclü bir komanda ilə qarşılaşdıq. Buna baxmayaraq, bir çox epizodlarda bərabər oyun nümayiş etdirə bildik. Birinci hissədə bir-iki epizodumuz oldu. İkinci hissə də ilk yarıya oxşar keçdi. Bəlkə imkanlarımız yüzfaizlik deyildi, ancaq rəqib qapısı qarşısında təhlükəli idik. Güc və fiziki baxımdan doğrudan da çox yaxşı göründük.
Ən önəmlisi, bütün futbolçuların oyunu zədəsiz bitirməsidi. Belə şəraitdə oyunçular zədələrə məruz qalırlar. Hər bir sərt oyun zamanı ürəyim əsirdi. Ancaq biz kobud oynamayan rəqiblə qarşılaşdıq. Hərdən elə rəqiblər olur ki, hesabdan ötrü oynayırlar".
Fanat.Az