Antalyada çempionatın qalan bölümünə hazırlaşan "Səbail” bu gün 2 sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, bakılılar öncə Braziliyanın III liqa təmsilçisi "Raça Sport"la üz-üzə gəlib. Cənubi amerikalılara qalib gələn paytaxt təmsilçisi axşama doğru daha bir görüşdə - Qazaxıstan "Kaysar”ı ilə oyunda nəyə qadir olduğunu isbatlamağa çalışıb. Lakin qarşılaşma 8-ci dəqiqədə güclü külək və leysan səbəbindən yarımçıq dayandırılıb.
Bu, sabah vətənə qayıdacaq "Səbail"in Antalya toplanışı çərçivəsində sonuncu sınağı olacaq. Bakılılar bunadək 3 oyun keçirib. Komanda "Aqvital” (Macarıstan - 3:2), "Sürix" (İsveçrə - 1:1) və "Desna” (Ukrayna - 2:1) ilə oynayıb.
24 yanvar
"Səbail" - "Raça Sport" (Braziliya) - 3:2
Qollar:Orxan Qurbanlı, 15, 80, Aqşin Qurbanlı, 44
Fanat.Az