Avropa çempionatının elit-raunduna vəsiqəni Gürcüstandakı seçmə mərhələdə təmin edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, bu, Vüqar Məmmədin komandasının Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama görüşü olub.
Seçməniz Küveytdən olan həmyaşıdları ilə üz-üzə gəlib.
Təmsilçimiz daha öncə Rusiyanın "Krasnodar-3” komandası ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
24 yanvar
Azərbaycan U-19 – Küveyt U-19 1:1
Qol: Serhat Taşdemir, 52
Fanat.Az