2019-cu il Amerika Kubokunun püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan mərasimdə 12 komanda 3 qrupa bölünüb.
A qrupu: Braziliya, Boliviya, Venesuela, Peru.
B qrupu: Argentina, Kolumbiya, Paraqvay, Qətər.
C qrupu: Uruqvay, Ekvador, Yaponiya, Çili.
Qeyd edək ki, Qətər və Yaponiya yığmaları Asiya qitəsində yer alsa da, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dəvəti əsasında Amerika Kubokuna qatılacaqlar. CONMEBOL-a daxil olmayan milli federasiyaların komandaları turnirə 1993-cü ildən dəvət olunur, Daha öncə Amerika Kubokunda Meksika (10 dəfə), Kosta-Rika (5), ABŞ (4), Yamayka (2), Honduras (1), Panama (1), Yaponiya (1) və Haiti (1) yığmaları iştirak ediblər.
Qeyd edək ki, 2019-cu il Amerika Kuboku 14 iyun – 7 iyulda Braziliyada keçiriləcək.
Fanat.Az