AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" ilə oyunun 39-cu dəqiqəsində "Bakı"nın futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Onun cəzası 4 oyun olub. Klub buna görə 2000 manat cərimə ödəyəcək.
"Qarabağ" isə AZAL-la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
Fanat.az