Qazaxıstanın "Tobol” klubu "Səbail"in qapıçısı Emil Balayevlə danışıqlar aparmasını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Nikolay Panin rəsmi sayta açıqlama verib.
Klub rəsmisi 24 yaşlı qapıçı ilə müqavilə imzlanması barədə xəbərləri təkzib edib, danışıqların davam etdiyini bildirib: "Müqavilə imzalanmayıb, sadəcə, danışıqlar aparılır”.
Qeyd edək ki, Emil Balayev karyerası ərzində "Səbail"dən başqa "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", "Qarabağ" və Almaniyanın "Ayntraxt" (Frankfurt) klublarında çıxış edib. O, A miilli komandamızda 4 oyun keçirib.
Fanat.Az