Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt” hazırlıqlarını tamamlayıb.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin bu gün keçirməli olduğu iki oyundan biri yarımçıq qalıb.
Almaniya təmsilçisi "Optik Ratenov”la qarşılaşmanın ikinci hissəsi baş tutmayıb. Fasiləyədək 0:1 hesabı ilə uduzan Ayxan Abbasovun yetirmələri ikinci yarıya çıxa bilməyib. Buna kəskin hava şəraiti səbəb olub. Bununla əlaqədar olaraq qarşılaşmanın 2-ci hissəsi baş tutmayıb.
"Sumqayıt" günün ikinci oyununu Serbiyanın "Zemun” klubuna qarşı keçirib. Təmsilçimiz bu oyundan 22:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində "Jetısu" (Qazaxıstan) ilə bərabərə qalıb (1:1), "Vardar" (Makedoniya) üzərində qələbə (3:1) qazanıb. Yanvarın 19-na "Çelik"lə oyun nəzərdə tutulsa da, Bosniya və Herseqovina klubu son anda meydana çıxmaqdan imtina etmişdi.
Yoxlama oyunu
26 yanvar
Sumqayıt (Azərbaycan) - Optik Ratenov (Almaniya) 0:1 (Yarımçıq dayandırılıb)
Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Peyman Keşavarz, 6. Səbuhi Abdullazadə, 9. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Valeh Seyidov, 60. Elvin Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 90. Elvin Bədəlov.
Lara. "Fanatic" stadionu.
Sumqayıt (Azərbaycan) - Zemun (Serbiya) 2:1
Qollar: Yusif Nəbiyev, 24. Ülvi İsgəndərov, 63.
İstifadə olunmayan penalti: Əfran İsmayılov, 45.
Sumqayıt: 12. Rəşad Əzizli, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (K), 5. Adil Nağıyev, 10. Aleksey İsayev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 41. Peyman Babaei, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 4. Keşavarz, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 25. Baxşəli Baxşəliyev, 70. Ülvi İsgəndərov.
Manavgat stadionu.
Fanat.Az