"Zirə" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, botsvanalı Mfo Kqasvane ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 24 yaşlı hücumçu daha əvvəl ölkəsinin "Qaborone Yunayted” və CAR-ın "Baroka” klublarında çıxış edib.
Mfo Kqasvane karyerasına vətənində - "Qaborone Yunayted" klubunda başlayıb. 2017-ci ilin yanvarında CAR-ın "Baroka" kluna keçən 24 yaşlı futbolçu cari mövsümün ilk yarısında meydana çıxdığı 13 oyunda 1 qol vurub. O, Botsvana milli komandasının da üzvüdü.
Fanat.Az