Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu baş məşqçisi Paulu Fonseka Antalyada "Qarabağ"a qarşı keçirdiklərш oyunla bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis 3:1 hesablı qələbə qazandıqları görüşdə mütəşəkkil kollektivlə qarşılaşdıqlarını vurğulayıb:
"Xüsusən ilk yarıda yaxşı oyun keçirdik. Planlaşdırdığımız hər şeyi yerinə yetirdik. Rəqibin bir neçə matçına - Avropa Liqasında "Vorskla" və "Sportinq"lə görüşlərinə baxmaq imkanım olmuşdu. Asan olmayacağını bilirdik. Axı "Qarabağ" güclüdü, avrokubokların iştirakçısıdı. Təəssüf ki, hava şəraiti kifayət qədər ağır idi. Amma matçdan razı qaldım".
Fanat.Az