Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Norveçin "Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Vüqar Məmmədin yetirmələri bu matçda heç-heçəyə imza atıb – 2:2. Yığmamızın heyətində Tural Bayramov və Sərhad Daşdəmir fərqlənib.
Fanat.Az